Bakıda binanın havalandırma şaxtasına düşən pişiyin xilas edilmə anı - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda binanın havalandırma şaxtasına düşən pişiyin xilas edilmə anı - Video

Hadisə

16 Oktyabr 2023 23:48 577


Bakı şəhərinin Yasamal rayonu, Əsəd Əhmədov küçəsində binanın havalandırma şaxtasına düşən pişik orada köməksiz vəziyyətdə qalıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenisabah.az-a məlumat verilib.

Bildirilib ki, əvvəlcə, şaxtada qalan pişiyi bina sakinləri özləri çıxarmağa çalışsalar da buna nail ola bilməyiblər və bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib. pizza sifarişi

Daxil olmuş məlumatla bağlı Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və binanın havalandırma şaxtasında qalan pişiyi xilas ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!