Bakıda bitki yağının kərə yağı kimi qablaşdırıldığı anbar aşkarlandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bitki yağının kərə yağı kimi qablaşdırıldığı anbar aşkarlandı - Foto

Sağlamlıq

12 Mart 2020 13:39 833


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən monitorinqlər çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 7-ci döngə ünvanında yerləşən anbarda reyd keçirilib. 

AQTA-dan "Yeni Sabah"a verilən məlumata görə, reyd zamanı “LV Standart” MMC tərəfindən idxal olunan “Goldenline” əmtəə nişanlı bitki-kərə spredlərinin Yaqubov Natiq Şaqaim oğlu tərəfindən 800 qram və 1 kq-lıq hissələrə bölünərək, “Goldenline slivoçnoe" əmtəə nişanlı kərə yağı kimi etiketlənərək ticarət şəbəkələrinə satılması faktı aşkar edilib. Eyni zamanda, yağların üzərində istehlak xüsusiyyətinin əksini tapmadığı və qablaşdırılan məhsulun üzərində bitki yağı olması ilə bağlı heç bir məlumatın yazılmadığı müəyyən olunub.

Anbarda xammal kimi 670 kq, “Goldenline” əmtəə nişanı adı altında etiketlənərək kərə yağı kimi qablaşdırılan 315 kq yağ müəyyən edilib. Məhsullardan götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitunun müvafiq labortoriyalarına təqdim olunub. pizza mizza

Aşkarlanan faktlar əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bitki yağ spredinin kərə yağı kimi etiketlənməsinin həyata keçirildiyi anbarın fəaliyyəti məhdudlaşdırılıb və kərə yağ adı altında etiketlənən məhsulların satışının qarşısı alınıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!