Bakıda cinsi azlıq nümayəndələrini döydülər  

saytların hazırlanması

Evə çatdırılma

Bakıda cinsi azlıq nümayəndələrini döydülər  

Kriminal

29 İyun 2019 05:54 1932


Xəzər rayonunda çimərlikdə dörd nəfər cinsi azlıq nümayəndəsi döyülüb.

“Yeni Sabah” xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində yerləşən “City Beach” çimərliyi yaxınlığında baş verib.  Naməlum şəxslər yol kənarında 1989-cu il təvəllüdlü R.T., 1995-ci il təvəllüdlü C.Q., 1994-cü il təvəllüdlü M.Ə. və 1988-ci il təvəllüdlü Ş.L.-ya əxlaqsız təkliflər ediblər. 

Bu təklifə görə tərəflər arasında mübahisə yaranıb. Nəticədə naməlum şəxslər onları döyərək ağır xəsarət yetiriblər. pizza mizza

Yaralılar 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb. T.R.-ya döş qəfəsinin sıyrıntısı, sağ bazunun əziyi, Q.C.-ya sol yanağın və hər iki dizin əziyi, Ə.M.-ya boyunun və sağ tərəfli böyrəyin əziyi, L.Ş.-ya isə sol qulağın sıyrılması diaqnozu qoyulub. 

Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndəriliblər.

Məlumat üçün bildirək ki, döyülən şəxslərdən biri transseksual olub.

Faktla bağlı araşdırma aparılır.

Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!