Bu gün “GEN” MMC tərəfindən aldadılmış vətəndaşları Prezident Administrasiyasının (PA) qarşısında etiraz aksiyası keçiriblər.
12 ilə yaxındır evlərini tələb edən 300-dən çox zərərçəkmiş ədalətin bərpası üçün PA-ya müraciət ediblər.
Aldadılmış vətəndaşlar müraciətlərində onlara güzəştli şərtlərlə evin tikilib verilməsini xahiş ediblər: “Müraciətdə Bakı şəhərində 300 mənzilli yaşayış binasının inşa edilməsi üçün torpaq sahəsinin ayrılması və bununla bağlı sənədləşmə işlərinin görülməsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ayrılmış torpaq sahəsində tikiləcək yaşayış binasının layihəsinin hazırlanması və inşa edilməsilə bağlı müvafiq sərəncamın verilməsi, 300 mənzilli yaşayış binası üçün qoşulacaq kommunikasiyalara (Qaz, Elektrik, Su/Kanalizasiya, Rabitə/Telekommunikasiya və sair) dair texniki şərtlərin verilməsi, tikinti işlərinin aparılması üçün müəyyən ediləcək Podratçı/İnşaat Şirkətinə zərərçəkmişlər üçün yaşayış binasında kvadrat metrinin qiyməti 500 manat nəzərdə tutulması təklif olunub”. pizza hut
Bizimyol.info
Telegram kanalımız