Bakıda daha bir yerdə yol hərəkəti dəyişəcək

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir yerdə yol hərəkəti dəyişəcək

Avto

06 Fevral 2020 07:36 1743


Bakının Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək.

“Yeni Sabah” bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, qeyd edilən yolayrıcı svetofor vasitəsi ilə nizamlanacaq. Bununla əlaqədar, kəsişmədə svetofor obyekti quraşdırılıb. Digər zəruri işlər yekunlaşdıqdan sonra svetoforlar işə salınacaq. pizza mizza

Qeyd edək ki, dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmasına səbəb olacaq. Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün əlverişli şərait təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!