Bakıda dəhşətli qətl, yeznə arvadını və qaynını qana buladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşətli qətl, yeznə arvadını və qaynını qana buladı

Kriminal

21 İyun 2019 05:39 2037


Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Məlumata görə, rayonun Yeni Suraxanı qəsəbəsində təxminən 35 -40 yaşlarında olan Ərəsov Muşviq Etibar oğlu bacısının əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, ürəyindən iki bıçaq zərbəsi alıb və yerindəcə keçinib.

Hadisəni törədən şəxs daha sonra həyat yoldaşı, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Dördpendirli pizza

Məlumata görə, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızı cinayət törədən ərindən boşanıbmış.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!