Bakıda dəhşətli qəza: Bir ölü, beş yaralı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşətli qəza: Bir ölü, beş yaralı

Kriminal

14 İyul 2025 10:01 1073


Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Rizvan Vaqif oğlu Abasovun idarə etdiyi "KIA Rio" markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Təbriz Ələz oğlu Baxışzadənin idarə etdiyi "Skoda Rapid" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində "KIA Rio"nun sürücüsü R.Abasov hadisə yerində ölüb, yanında olan oğlu 1991-ci il təvəllüdlü Kənan Rizvan oğlu Abasov, eləcə də "Skoda Rapid" markalı avtomobilin sürücüsü T.Baxışzadə, sərnişinlər - 1986-cı il təvəllüdlü Rahib Sahib oğlu İsmayılov, 1961-ci il təvəllüdlü Nazim Vahab oğlu Əliyev, və 1995-ci il təvəllüdlü Qurban Saqif oğlu Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər. Dominos pizza

Faktla bağlı cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!