Bakıda dilənçilər polisdən “qorunmaq” üçün evlərinə kamera quraşdırıblar   - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dilənçilər polisdən “qorunmaq” üçün evlərinə kamera quraşdırıblar - Video

Hadisə

31 Mart 2022 20:18 479


Bakının Sabunçu rayonu ərazisində dilənçilərin bir qisminin məskunlaşdığı məhəllədə reyd keçirilib.

Yenisabah.az xəbər verir ki, reyd Daxili İşlər Nazirliyi (DİN) və Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları ilə birgə baş tutub.

Reyd zamanı bir çox ailənin qeydiyyatda olmadığı aşkarlanıb. pizza mizza

Məlum olub ki, dilənçilər polisdən "qorunmaq" üçün evlərinə təhlükəsizlik kamerası quraşdırıblar.

DİN-in Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev "Report"a bildirib ki, avara və tüfeyli həyat tərzi yaşayan şəxslərə qarşı mütəmadi tədbirlər görülür:

"Bu kimi neqativ hallarla rastlaşdıqda, ərazi üzrə fəaliyyət göstərən polis əməkdəşları tərəfindən həmin şəxslərlə profilaktiki söhbətlər aparılır. Əgər həmin şəxslər məsələyə etinasız yanaşırsa, onlar barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir".

"Qeyd edək ki, dilənçiliklə məşğul olan şəxslərin ölkədə uzunmüddətli qalmalarına baxmayaraq, onların nə şəxsiyyətlərini təsdiq edən sənədləri, nə də yaşayış üzrə qeydiyyatları var. Maddi vəziyyətlərindən asılı olmayaraq, dilənçilik və avaralıq onların həyat tərzidir. Onların digər vətəndaşlara mane törətdiklərini nəzərə alaraq, belə hallar daim diqqətdə saxlanılır və qanunauyğun olaraq həmin şəxslər barəsində tədbirlər görülür”, - DİN rəsmisi vurğulayıb.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!