Bakıda dörd dostun faciə ilə bitən əyləncəsi: Qaranlıqda gizlənən   MƏQAMLAR - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dörd dostun faciə ilə bitən əyləncəsi: Qaranlıqda gizlənən MƏQAMLAR - VİDEO

Hadisə

09 May 2024 23:06 4177


Paytaxtın Səbail rayonunda fəaliyyət göstərən hotellərin birində zəhərlənən dörd dostla bağlı əhali arasında müxtəlif fikirlər səslənib.

Onların qidadan zəhərləndiyi bildirilsə də, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu məlumatı təkzib edib.

Zərərçəkənlərin qohumları isə fərqli fikirdədirlər. “Tibbi ekspertiza var, qaranlıq heç nə qalmayacaq, ictimaiyyətə hər şey açıqlanacaq. Kənan içkiyə meyilli uşaq olmayıb, siqaretdən də uzaq olub. Dostları da bu barədə informasiya verəcəklər, onlar bir yerdə olublar, nə baş verib deyəcəklər”, - zəhərlənmədən dünyasını dəyişən Kənan Mustafayevin əmisi deyib. Pepperoni pizza

Qeyd edək ki, Səbail rayonunda yerləşən hoteldə dörd nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etdiyi məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıblar.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!