Bakıda əcnəbinin evi soyuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda əcnəbinin evi soyuldu

Kriminal

30 Mart 2019 16:53 991


Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş M.Ə.Rəsulzadə küçəsində kirayədə yaşadığı mənzildən 2500 manat, 500 avro və 12000 manat dəyərində qızıl-zinət əşyaları, habelə içərisində sənədlər və 400 avro olan kiçik həcmli seyfin oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, cinayət əməlini törədən şəxslər qısa müddətdə polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Baş Cinayət Axtarışı İdarəsi və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Quba rayon sakinləri, əvvəllər məhkum olunmuş C.Abdullayev və L.Şıxəliyeva saxlanılıblar. Dominos pizza

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!