“Bakıda əksər ticarət mərkəzləri yanğına hazır deyil”

saytların hazırlanması

Evə çatdırılma

“Bakıda əksər ticarət mərkəzləri yanğına hazır deyil”

Kriminal

30 Mart 2019 12:15 996


“Əksər ticarət mərkəzləri yanğına qarşı hazırlıqlı deyil. Ticarət obyektlərində əsas problemlərdən biri yanğına qarşı su təchizatının olmamasıdır”. 

Bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib. F. Əsədovun sözlərinə görə, çatışmazlıqlar barədə obyekt sahiblərinə dəfələrlə xəbərdarlıq edilib, ancaq buna məhəl qoyan yoxdur. 

Onun sözlərinə görə, ticarət obyektlərində əsas problemlərdən biri də yanğına qarşı su təchizatının olmamasıdır. pizza sifarişi

F. Əsədov ''Diqlas'' ticarət mərkəzində yanğının söndürülməsi zamanı avtomobillərin su təchizatında problemin yaranması ilə bağlı sosial şəbəkələrdə yazılan iddialara da münasibət bildirib.

Qurum rəsmisi deyib ki, yanğınsöndürən avtomobillərdə su tükəndiyi halda ticarət obyektlərində olan su hovuzlarından istifadə edilməlidir. Ancaq ''Diqlas'' ticarət mərkəzində ümumilikdə yanğına qarşı su təchizatı olmayıb. O, qeyd edib ki, prezidentin keçirdiyi müşavirədən sonra ticarət obyektlərinə nəzarət gücləndiriləcək.

 XəzərXəbər


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!