Bakıda “Endirimli Kitab Yarmarkası”na start verilir - 1, 2, 3 manata unikal nəşrlər

saytların hazırlanması

Evə çatdırılma

Bakıda “Endirimli Kitab Yarmarkası”na start verilir - 1, 2, 3 manata unikal nəşrlər

Mədəniyyət

10 Fevral 2023 13:26 1542


Fevralın 11-21-də “Qanun” Nəşrlər Evi nəşriyyatın akt zalında “Endirimli Kitab Yarmarkası” kampaniyasına start verir.

Kampaniyaya 1, 2, 3 və 5 manatlıq yüzlərlə kitab daxildir.

Ümumilikdə bütün kitablara 30 faizdən 90 faizədək endirimlər tətbiq olunur. Marqarita pizza

Oxucular bu sərgidə ingilis, rus və türk dillərində geniş çeşidli kitablar da əldə edə biləcəklər.

Təqdim olunan minlərlə çap məhsulu müxtəlif janrları, müxtəlif mövzuları əhatə etməklə yanaşı həm də hər yaşa aid oxucular üçün nəzərdə tutulub.

Sərgi hər gün saat 10-dan 20-dək fəaliyyət göstərəcək.

Xatırladaq ki, bundan əvvəl “Qanun” Nəşrlər Evinin xüsusi endirimlərlə təşkil etdiyi kitab sərgiləri böyük uğurları ilə yadda qalıb.

Ünvan: Tbilisi prospekti, 76 (“20 Yanvar” metrostansiyasının yaxınlığı).

Kitabların siyahısını bu linkdən baxa bilərsiniz: https://www.facebook.com/Qanunpublishing/photos/?ref=page_internal


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!