Bakıda yanan ev söndürüldü - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yanan ev söndürüldü - Yenilənib

Hadisə

03 May 2020 22:53 1289


Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi 19 ünvanında evdə baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, hazırda kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv elementlərin söküntüsü işləri aparılır.

Bildirilir ki, əlavə məlumat veriləcək. Dördpendirli pizza

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi 19 ünvanında evdə yanğın olması barədə məlumat daxil olub. 

Yenisabah.az xəbər verir ki, FHN-in mətbuat xidməti bu barədə məlumat yayıb. 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!