Bakıda evdən 14 min manatlıq qızıl OĞURLANDI

saytların hazırlanması

Evə çatdırılma

Bakıda evdən 14 min manatlıq qızıl OĞURLANDI

Kriminal

20 İyun 2025 14:58 408


Bakı şəhərində soyğunçuluq edən 3 şəxs saxlanılıb.

DİN-dən Yenisabah.az-a verilən xəbərə görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

Belə ki, 2 naməlum şəxs bir evə daxil olaraq qəsəbə sakininə məxsus seyfdən 1100 manat pul və 14 400 manat dəyərində qızıl-zinət əşyalarını soyğunçuluq yolu ilə talayıb. pizza

Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı F.Omarova və daha bir nəfər müəyyən olunaraq saxlanılıblar.

Yasamal rayonunda isə paytaxt sakininə fiziki zor tətbiq edərək ona məxsus pul kisəsini talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı E.Qəhramanov da saxlanılıb.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!