Bakıda FACİƏ: 7 yaşlı oğlu ilə sükan arxasına keçən ata uşağın ölümünə səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda FACİƏ: 7 yaşlı oğlu ilə sükan arxasına keçən ata uşağın ölümünə səbəb oldu

Hadisə

21 Oktyabr 2025 01:35 507


Oktyabrın 20-də saat 12 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində uşaq ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az Avtosfer.az-a istinadən xəbər verir ki, qəsəbə sakini, 1992-ci il təvəllüdlü Tural Süleymanov 7 yaşlı oğlu Usamə Süleymanlını qucağına alaraq "BMW" markalı avtomobilə əyləşib.

Bu zaman azyaşlı uşaq sürüşərək sürət pedalına sıxılıb. Nəticədə avtomobil hərəkətə gəlib və hasara çırpılıb. pizza hut

Hadisə nəticəsində azyaşlı U.Süleymanlı hadisə yerində ölüb, T.Süleymanov isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!