Bakıda fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Maraqlı

07 Oktyabr 2023 19:08 610


Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) fırtınalı hava şəraiti ilə ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə GHİM-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, GHİM-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji  Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub. Marqarita pizza

Məlumata əsasən, oktyabrın 8-i günün ikinci yarısında Xəzər dəniz akvatoriyasında başlayacaq küləyin oktyabrın 10-u səhər saatlarına kimi davam edəcəyi proqnozlaşdırılır.

Həmin günlər ərzində Xəzər Dəniz Akvatoriyasında müşahidə ediləcək cənub-qərb küləyi sonrakı günlərdə şimal-qərb küləyi ilə əvəz olunacaq.

Açıq dənizdə küləyin surəti arabir 33-35 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü 2.0-4.0, sonrakı inkişafda isə 4.5-6.5 metrə çatacağı proqnozlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!