Bakıda gecə klubunda partlayışda xəsarət alanlardan daha biri vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda gecə klubunda partlayışda xəsarət alanlardan daha biri vəfat etdi

Hadisə

09 Aprel 2022 00:58 532


Bakıda gecə klubunda partlayışda xəsarət alan Gülbala Abdullayev vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Zamirə Adilova məlumat verib.

Məlumata görə, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur. pizza

Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl Respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb.

Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.

Xatırladaq ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!