Yasamal rayonunda binadan yıxılan şəxs ağır xəsarət alıb.
"Yeni Sabah" xəbər verir ki, hadisə Zahid Xəlilov küçəsində, “Musabəyov parkı”nın yaxınlığında yerləşən beşmərtəbəli binanın qarşısında baş verib. 1999-cu il təvəllüdlü Hüseynov Fuad Muqabil oğlu hündürlükdən yıxılaraq yaralanıb.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. F.Hüseynova qapalı-kəllə beyin travması, onurğa sütununun sınması diaqnozu qoyulub. Həkimlərin verdiyi məlumata görə, yaralı affekt vəziyyətindədir. pizza
Faktla bağlı araşdırma aparılır. /oxu.az
Telegram kanalımız