Səhər saatlarından başlayaraq Bakıda güclü duman müşahidə olunur.
“Yeni Sabah” xəbər verir ki, qatı duman uzaq məsafəni görməyə məhdudlaşdırıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib ki, bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava şəraiti, səhər bəzi yerlərdə duman gözlənilir. Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-21° isti, Bakıda gecə 10-12° isti, gündüz 18-20° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti təşkil edəcək. Toyuqlu pizza
Telegram kanalımız