Bakıda güclü yağış gözlənilir – Diqqət

saytların hazırlanması

Evə çatdırılma

Bakıda güclü yağış gözlənilir – Diqqət

Sosial

31 Mart 2019 18:32 1655


Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində arabir yağış yağacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, gecəyə doğru bəzi yerlərdə intensiv yağış olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 3-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz  8-10°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.  pizza

Nisbi rütubət 75-85 % olacaq. 

Aprelin 01-i axşamdan 02-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir  yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 

Azərbaycanın rayonlarında da yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti təşkil edəcək.   

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!