Bakıda hasar aşdı,  1 nəfər öldü - YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Bakıda hasar aşdı, 1 nəfər öldü - YENİLƏNDİ

Hadisə

05 Fevral 2026 11:41 469


Bakıda güclü küləyin daş hasarı aşırması nəticəsində bir nəfər ölüb.

"Yeni Sabah" xəbər verir ki, hadisə fevralın 4-də saat 15 radələrində Xətai rayonundakı Zeytun küçəsində baş verib.

Güclü küləkdən hasarın aşması nəticəsində ölən 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Rüfət Qasımovdur. pizza hut

O, AAYDA-ya məxsus idarədən çıxaraq yaşadığı Qaraçuxur qəsəbəsinə getmək üçün Zeytun küçəsindən keçərkən güclü külək İlham Ələkbərova məxsus fərdi yaşayış evinin daş hasarını onun üzərinə uçurub.

İş yoldaşı onu daşların altından çıxararaq təcili yardıma müraciət edib. Lakin R.Qasımov başından aldığı zədəyə görə dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Prokurorluğu araşdırma aparır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!