Bakıda hündürmərtəbəli binada baş verən yanğın söndürülüb.
FHN-dən "Yeni Sabah"a daxil olan məlumata görə, Nizami rayonunda tikintisi başa çatmayan çoxmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 64 m² olan 2 otaqlı mənzildə 3 m² sahədə tikinti materialları yanıb.
Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Bakıda hündürmərtəbəli binada yanğın başlayıb.
"Yeni Sabah" xəbər verir ki, ilkin məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi 15/21 ünvanında 18 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində mənzil yanır.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. /APA Telegram kanalımız