Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Ələt qəsəbəsində iki minik avtomobilinin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Hacıyev Elçin Mirhüseyn oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ budun sınığı diaqnozu qoyulub. /Report Telegram kanalımız