Bakıda iki gün yol hərəkəti dəyişəcək –   Bu istiqamətlərə diqqət!

saytların hazırlanması

Evə çatdırılma

Bakıda iki gün yol hərəkəti dəyişəcək – Bu istiqamətlərə diqqət!

Sosial

13 Fevral 2026 12:49 612


14-15 fevral tarixlərində paytaxtın Suraxanı rayonu, Hava limanı şosesində (“Buta Palace”-nin yaxınlığı) elektron məlumat-sürət tablolarının yenisi ilə əvəz edilməsi məqsədilə həyata keçiriləcək işlərlə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək.

Bakı Şəhər DYP İdarəsindən "Yeni Sabah"a verilən məlumata görə, məhdudiyyət 14 fevral tarixində saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metrostansiyası istiqamətində, 15 fevral tarixində isə qeyd edilən saatlarda “Koroğlu” metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində tətbiq ediləcək.

Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən Mərdəkan şosesindən gələn sürücülər Zığ şosesinə, şəhər istiqamətindən gələn sürücülər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. pizza

Bundan əlavə sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!