Bakının Xəzər rayonunda yanğın baş verib.
FHN-dən "Yeni Sabah"a daxil olan məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar, bitişik, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 5 m² sahədə yanıb.
Yanğın zamanı evdə olan 1 azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Toyuqlu pizza
Telegram kanalımız