“İnstagram”da tanış olduğu şəxsi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən və soyğunçuluq edən şəxslər saxlanılıblar.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, paytaxtın Xətai və Yasamal rayonlarında ayrı-ayrı şəxslərə qarşı soyğunçuluq edən şəxs Mehdi Abaszadə 2 nəfərin 750 və 580 manat pulunu ələ keçirib. Araşdırma zamanı Mehdi Abaszadənin paytaxtın digər ərazilərdə də analoji cinayətlər etdiyi məlum olub.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən edilib. pizza mizza
Mehdi Abaszadə və Rasim Həsənov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Telegram kanalımız