Bakıda İran bankı fəaliyyətini bərpa etdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda İran bankı fəaliyyətini bərpa etdi

İqtisadiyyat

01 May 2025 10:10 434


Bank Melli İranın Bakı filialı fəaliyyətini tam bərpa edib.

Yenisabah.az “APA-Economics”ə istinadla xəbər verir ki, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Filial artıq kredit verilişi və depozitlərin qəbuluna başlayıb.

Mərkəzi Bank 2023-cü ilin may ayında filialda yoxlamalara başlayıb. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı. AMB sədri Taleh Kazımov bununla bağlı açıqlamasında bildirmişdi ki, filialda bəzi nöqsanlar aşkarlanıb və bəzi xidmətlərə məhdudiyyət tətbiq edilib: "Bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır. Aşkar edilən bəzi nöqsanlar aradan qaldırıldıqdan sonra fəaliyyətini davam etdirə biləcək". pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!