Bakının Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində yerləşən işıqforun iş rejimində dəyişiklik edilib.
Bu barədə “Yeni Sabah”a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumata görə, bundan sonra kəsişmədə H.Cavid prospektindən sağa gedən nəqliyyat vasitələri düzünə istiqamətlənən nəqliyyat vasitələri ilə eyni vaxtda hərəkət edə biləcəklər. Dördpendirli pizza
Dəyişiklik, vətəndaşların BNA-ya ünvanladığı çoxsaylı müraciətlər nəzərə alınaraq edilib və yol hərəkətinin təşkilinin səmərəliliyinin artırılması məqsədi daşıyır.
Telegram kanalımız