Bakıda işıqlar söndü, metronun hərəkəti dayandı - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda işıqlar söndü, metronun hərəkəti dayandı - Səbəb

Hadisə

27 Fevral 2020 16:36 573


Bir qədər əvvəl Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb. "Yeni Sabah" xəbər verir ki, "Report" "Azərişıq" ASC ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, fasiləyə səbəb yarımstansiyalardan birinin fəaliyyətində nasazlıq yaranmasıdır. Hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir. Bakı metrosunda da gərginliyin düşməsi nəticəsində qatarların hərəkətində fasilə yaranıb. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun APA-ya verdiyi xəbərə görə, "Koroğlu" metrostansiyasından "Həzi Aslanov"a qədər gərginliyin düşməsi müşahidə olunub, bu da qatarların hərəkətində fasiləyə səbəb olub. Əlavə məlumat veriləcək.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!