Bakıda keçirilən dəbdəbəli toy gündəm oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda keçirilən dəbdəbəli toy gündəm oldu

Sosial

07 İyun 2026 12:32 3782


Bakıda keçirilən dəbdəbəli toy mərasimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

“Yeni Sabah” Musavat.com-a istinadən xəbər verir ki, paytaxtda baş tutan möhtəşəm məclisdən yayılan görüntülər qısa müddətdə sosial mediada yayılıb və istifadəçilərin diqqətini cəlb edib.

Gecənin ən çox danışılan məqamlarından biri isə məşhur sənətçilərin çıxışları olub. Belə ki, toy mərasimində Azərbaycanın Xalq artistləri Röya Ayxan və Zülfiyyə Xanbabayeva səhnəyə çıxaraq sevilən mahnılarını səsləndiriblər. Məclisdə həmçinin Rusiyanın tanınmış estrada ulduzu Vera Brejneva da iştirak edib. pizza sifarişi

Toyun kimə məxsus olduğu və məclisə daha hansı tanınmış simaların qatıldığı barədə hələlik məlumat verilməsə də, tanınmış ailənin övladlarının məclisi olduğu iddia olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!