Rusiyanın Zaporojye vilayətinə hücumu nəticəsində azı 3 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Zaporojye vilayətinə hücumu nəticəsində azı 3 nəfər öldü

Dünya

07 İyun 2026 18:22 141


Rusiyanın Ukraynanın Zaporojye vilayətinə endirdiyi zərbələr nəticəsində azı 3 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

"Yeni Sabah" xəbər verir ki, Zaporojye Vilayət Prokurorluğunun məlumatına görə, Balabino qəsəbəsində idarə olunan aviasiya bombalarının (KAB) ictimai nəqliyyat dayanacağı yaxınlığına düşməsi nəticəsində ilkin olaraq 2 nəfərin öldüyü, azı 4 nəfərin yaralandığı bildirilirdi.

Daha sonra Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov ölənlərin sayının 3-ə çatdığını açıqlayıb. pizza hut

Məlumata görə, zərbələr dayanacaq yaxınlığına endirilib və həmin vaxt orada olan şəxslər arasında ölən və yaralananlar olub. Hücum nəticəsində yaxınlıqdakı fərdi yaşayış evlərinə də ziyan dəyib.

Bundan əlavə, Zaporojye şəhərinə FPV tipli pilotsuz uçuş aparatı ilə hücum edilib. Nəticədə yanacaqdoldurma məntəqəsində yanğın baş verib, avadanlıqlar zədələnib. Hadisə zamanı 59 yaşlı kişi xəsarət alıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!