Nişanından bir ay keçməmiş həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Nişanından bir ay keçməmiş həbs olundu

Şou

07 İyun 2026 19:07 203


Türkiyəli aktrisa, müğənni Sevcan Orhanın nişanlısı, Buca Bələdiyyəsinin rəhbəri Görkem Duman həbs olunub.

"Yeni Sabah" xəbər verir ki, ifaçının nişanlısı İzmirdə, Buca Bələdiyyəsi və onunla əlaqəli şirkətləri hədəf alan korrupsiya istintaqı çərçivəsində tutulub. Görkemlə yanaşı keçmiş Buca Bələdiyyə Başçısı Erhan Kılıç və keçmiş CHP Buca Rayon Başçısı Çağdaş Kaya məhkəmədə hakim qarşısına çıxarılıb. Onlar barəsində həbs qərarı verilib. Ümumilikdə 9 nəfərin həbs edilib, dörd nəfər məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Qeyd edək ki, Sevcan və Görkem öt ayən sonları nişanlanıb. Cütlüyün sentyabrda toyu olacağı deyilirdi. Bir müddət əvvəl sözügedən bələdiyyənin işçiləri maaşlarının verilmədiyini bildirərək etiraz aksiyası keçirmişdi. Elə həmin vaxt sədrin Sevcanla birgə Phuket adasında dincəldiyi bəlli olub. Narazılıqdan sonra onlar tətildən fotolarını sosial media hesablarından siliblər./Axşam.az Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!