Azərbaycan cüdoçuları Avropa Açıq Turnirini 3 medalla başa vurdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan cüdoçuları Avropa Açıq Turnirini 3 medalla başa vurdu

İdman

07 İyun 2026 21:23 84


Azərbaycanın cüdo millisi Estoniyanın paytaxtı Tallində keçirilən Avropa Açıq Turnirini 3 medalla başa vurub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Yarışın son günündə Gültac Məmmədəliyeva (52 kq) bürünc medala sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə Böyük Britaniya təmsilçisi Keytlin Barberi məğlub edib. Sezar pizza

Xatırladaq ki, turnirin ilk günündə Fidan Əlizadə (63 kq) gümüş, Madina Kaisinova (+78 kq) isə bürünc medal əldə etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!