Böyük Britaniyanın bütün nüvə sualtı qayıqları sıradan çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Böyük Britaniyanın bütün nüvə sualtı qayıqları sıradan çıxdı

Dünya

07 İyun 2026 22:19 124


Böyük Britaniyanın bütün nüvə sualtı qayıqları sıradan çıxıb və texniki xidmətə ehtiyac duyur.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Telegraph" nəşri mənbələrə istinadən məlumat yayıb.

"Mövcud döyüş nüvə sualtı qayıqlarının bütün donanması hazırda Hərbi Dəniz Qüvvələrinin (HDQ) bazalarında limanda saxlanılır. "Astute" sinfinə aid beş Britaniya sualtı qayığı texniki xidmət və təmir gözləyir. Xidmətə yeni qəbul edilmiş altıncı sualtı qayıq isə hələ tapşırıqları yerinə yetirməyə hazır deyil", - nəşr mənbələrin sözlərindən sitat gətirib. pizza hut

Məqalədə qeyd olunur ki, "Dreadnought" sinfinə aid yeni sualtı qayıqların xidmətə qəbuluna hələ uzun illər qalır.

Bundan əvvəl Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi Qvin Cenkinz bildirib ki, ölkənin Hərbi Dəniz Qüvvələri fəaliyyət vaxtının təxminən üçdə birini "Rusiya təhlükəsi" ilə mübarizəyə sərf edir.

Onun sözlərinə görə, bu istiqamət krallıq donanmasının əsas prioritetlərindən biri olaraq qalır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!