İtaliyanın Roma şəhərində keçirilən taekvondo üzrə Qran-pri turnirində Azərbaycan millisinin üzvü Qaşim Maqomedov (58 kq) bürünc medal qazanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Q. Maqomedov medal yolunda italiyalı, yunanıstanlı və çinli rəqiblərini mübarizədən kənarlaşdırıb. Dördpendirli pizza
Qeyd edək ki, idmançı turnirə Dünya Taekvondo Federasiyasının (WT) reytinq sıralamasına əsasən dəvət almışdı. Qran-pri seriyası dünya taekvondosunun ən nüfuzlu yarışlarından biri hesab olunur və burada qazanılan nəticələr idmançılara həm dünya reytinqi, həm də Olimpiya təsnifatı xalları qazandırır.
Telegram kanalımız