İraqda avtobus qəzadan sonra yandı, 25 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

İraqda avtobus qəzadan sonra yandı, 25 nəfər öldü

Dünya

07 İyun 2026 23:40 94


İraqda Ziqar və Bəsrə əyalətlərini birləşdirən magistral yolda sərnişin avtobusu digər nəqliyyat vasitəsi ilə toqquşub.

"Yeni Sabah" xəbər verir ki, qəzadan sonra avtobusda yanğın baş verib.

Yanğın 25 nəfərin ölümünə, 17 şəxsin xəsarət almasına səbəb olub. Xəsarətlərin ağırlığı səbəbindən ölənlərin sayının artacağı gözlənilir. pizza mizza

Vurğulanıb ki, ölən və yaralananlar Kərbəlanı ziyarət edərək Bəsrəyə qayıdan zəvvarlar olub.

Hadisə yerinə Ziqar qubernatoru Heytəm Əziz Həmdani gəlib, hakimiyyət orqanları qəza ilə bağlı araşdırmaya başlayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!