Faciəli şəkildə həlak olan uşaq məşhur musiqiçinin oğlu imiş

saytların hazırlanması

Evə çatdırılma

Faciəli şəkildə həlak olan uşaq məşhur musiqiçinin oğlu imiş

Hadisə

07 İyun 2026 10:09 720


Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq həyatını itirib.

“Yeni Sabah” xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Qurbanov Elmir Cahangir oğlu kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb. pizza mizza

Aparılan axtarış tədbirləri zamanı sudan çıxarılan uşaq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

ANZ.az-ın məlumatına görə, Elmir Qurbanov tanınmış musiqiçi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Cahangir Qurbanovun oğludur.

Qeyd edilib ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin I sinif şagirdi olan Elmir ötən gün itkin düşmüşdü.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!