İstanbulun Maltepe rayonunda “Koç Holdinq”in tərkibinə daxil olan “Otokoç” şirkətinin baş ofisinə silahlı hücum həyata keçirilib.
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.
Məlumata görə, maskalı şəxslər şirkətin binasına atəş açıblar. Hücum nəticəsində ölən və ya yaralanan olmayıb. Lakin binaya çoxsaylı güllənin dəydiyi və maddi ziyanın yarandığı bildirilir. Dördpendirli pizza
Hadisə yerinə çoxsaylı polis əməkdaşları cəlb olunub. Ərazi nəzarətə götürülüb, təhlükəsizlik kameralarının görüntüləri araşdırılır.
Türkiyə polisi atəş açaraq hadisə yerindən qaçan şübhəlilərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Hücumun motivi hələlik açıqlanmayıb. Türkiyə hüquq-mühafizə orqanları hadisə ilə bağlı genişmiqyaslı istintaq aparır.
Qeyd edək ki, son günlər iş adamı Rahmi Koç barədə səsləndirilən açıqlamalar və bununla bağlı başladılan hüquqi proseslər də Türkiyə ictimaiyyətində geniş müzakirələrə səbəb olmuşdu. Bununla belə, silahlı hücumla həmin məsələ arasında hər hansı əlaqənin olması barədə rəsmi məlumat verilməyib.
Telegram kanalımız