Bakıda keşmiş polis işçisi tələbə qızı maşınla vurub öldürdü -  Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda keşmiş polis işçisi tələbə qızı maşınla vurub öldürdü - Fotolar

Kriminal

11 Oktyabr 2019 13:29 1462


9 oktyabr səhər saat 07 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisində, 21-ci kilometrliyində piyada vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirilir ki, Bakı şəhər sakini A.Ağayev idarə etdiyi “BMW” markalı, 90 DH 530 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Solmaz Abdullayevanı vurub.  Sezar pizza

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Baş Dövlət Yol Polis İdarəsindən "Baku.ws"ə verilən məlumata görə, Avtomobili idarə edən A.Ağayev sabiq polis əməkdaşıdır. Hazırda həmin şəxs təqaüddədir.

Solmaz Abdullayeva Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyat” fakultəsində təhsil alırdı.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!