Bakıda kişi 18 manata görə  döyüldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kişi 18 manata görə döyüldü

Kriminal

24 Avqust 2019 09:11 864


Ötən gün Nəsimi rayonu H.Aslanov küçəsində iki naməlum şəxs Bakı şəhər sakini V.Əmirovu döyərək 18 manat pulunu alıb.

"Yeni Sabah" xəbər verir ki, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ə.Abbasov və Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Səfərov saxlanılıb. 

Həmçinin 22-ci PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə rayon ərazisində törədilmiş soyğunçuluq faktının da üstü açılıb. Belə ki, avqustun 21-də 28 May küçəsində yerləşən parkda naməlum şəxs Bakı şəhər sakini K.Alcanovun cibindən 97 manat pulunu soyğunçuluq yolu ilə götürüb qaçıb. pizza mizza

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. 

Bundan əlavə, avqustun 19-da Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 1100 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Muradova 22-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

Avqustun 23-nə keçən gecə Nəsimi rayonu ərazisində Bakı şəhər sakini G.Əlibəyliyə məxsus “KİA” markalı avtomobilin ön hissəsi qəsdən əzilib.

Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini S.Xəlilov saxlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!