Bakıda köməksiz qalan azyaşlılar belə xilas edildilər - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda köməksiz qalan azyaşlılar belə xilas edildilər - Video

Hadisə

19 Aprel 2024 18:22 677


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmaları barədə məlumat daxil olub.

FHN-in Mətbuat Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, məlumatla əlaqədar qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2013 və 2020-ci il təvəllüdlü azyaşlıları xilas ediblər. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!