Bakıda koronaviruslu şəxs xəstəxanadan qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda koronaviruslu şəxs xəstəxanadan qaçdı

Hadisə

11 Mart 2020 17:23 615


Koronavirus şübhəsi ilə karantində saxlanılan xəstə dünən 1 saylı Kliniki Tibbi Mərkəzdən icazəsiz çıxıb. Tibbi briqada onu klinikaya geri qaytarıb.

"Yeni Sabah"ın xəbərinə görə, hadisə dünən baş verib. 

Mərkəzin Yoluxucu Xəstəliklər Şöbəsindən verilən məlumata görə, həmin xəstə artıq şöbəyə geri qaytarılıb: pizza hut

“Xəstələrdən biri həkimdən icazəsiz xəstəxananı tərk edib. Həkim briqada onu yenidən mərkəzə qaytarıb və bu vəziyyətdə xəstəxananı tərk etməyin riskli olduğunu izah edib. Kişi pəncərədən deyil, qapıdan çıxıb.

Xəstəxana cəzaçəkmə müəssisəsi deyil, sadəcə, onlar adi palata şəraitində saxlanılır.

Hazırda karantində onunla bərabər altı nəfər saxlanılır. Həmin şəxslərdə koronavirus (COVID-19) aşkarlanmayıb.

Karantin müddəti başa çatandan sonra həmin şəxslər evlərinə buraxılacaq”. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!