Bakıda küçədə 44 yaşlı qadın qaçırıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda küçədə 44 yaşlı qadın qaçırıldı

Kriminal

21 May 2025 10:26 414


Xəzər rayonunda 44 yaşlı qadını qaçıran şəxs tutulub.

Yenisabah.az report-a istinadən xəbər verir ki, mayın 19-da Xəzər rayonu Şüvəlan qəsəbəsində bir qadının zorla avtomobillə qaçırılması barədə sosial şəbəkədə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 44 yaşlı qadına zor tətbiq edərək qaçıran şəxs müəyyən olunub. pizza

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə əvvəllər məhkum olunmuş 39 yaşlı Azər Quliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!