Bakıda məktəbli niyə öldürülüb? - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məktəbli niyə öldürülüb? - TƏFƏRRÜAT

Kriminal

07 Dekabr 2022 23:29 1033


Bu ilin 26 iyul tarixində Xətai rayonu, Ağ Şəhər ərazisində yerləşən “Nizami” parkının ərazisində 2007-ci il təvəllüdlü Sərxan Məmmədovu döyərək öldürən 2006-cı il təvəllüdlü Nicat Adilova (şərti) hökm oxunub.

Yenisabah.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tanışını döyərək öldürən 16 yaşlı Nicata 9 il həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, bu ilin may ayında Nicatın atası vəfat edib. O, dostları və tanışları arasında özünə “Ömər” ləqəbi götürüb və hamıdan onu bu adla çağırmasını tələb edib. Dördpendirli pizza

Hadisə baş verən gün isə Nicat Ağ Şəhərdəki parkda təxminən 2 ay əvvəl tanış olduğu və orta məktəbin 9-cu sinfində oxuyan Sərxanla görüşüb. Həmin vaxt orada onların digər 4 dostu da olub. Nicat Sərxana səbəbsiz yerə şillə vurub. Sərxan isə buna etiraz etdikdə Nicat onun boynunu özünə sıxaraq yumruqla başına bir neçə dəfə ağır zərbələr vurub. Nəticədə 15 yaşlı oğlan huşsuz vəziyyətə düşüb. Parkdakı yeniyetmələr onu tez bulağın yanına apararaq üzünə su vurublar, lakin qısa vaxt sonra Sərxan vəfat edib.

Məhkəmə prosesi dekabrın 5-də başa çatıb./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!