Nizamidə mənzildən qadın meyiti aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Nizamidə mənzildən qadın meyiti aşkarlandı

Hadisə

27 Fevral 2020 22:56 1150


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-dən "Yeni Sabah"a daxil olan məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Çistokletova Lyubov Qriqoryevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!