Paytaxtın Yasamal rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
"Yeni Sabah" xəbər verir ki, Naxçivani küçəsində 1962-cı təvəllüdlü Tağıyev Ağasəlim Qafar oğlu yolu keçərkən onu motosiklet vurub.
Yaralı xəstəxanaya çatdırılıb və müayinə zamanı ona hər iki bud sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. /Report Telegram kanalımız