Bakıda müştərisinə yersiz təklif edən taksi sürücüsü SAXLANILDI

saytların hazırlanması

Evə çatdırılma

Bakıda müştərisinə yersiz təklif edən taksi sürücüsü SAXLANILDI

Kriminal

24 İyun 2025 17:43 457


Paytaxtda taksi sürücülərinin etik davranışı ilə bağlı tədbirlər davam etdirilir

 Yenisabah.az xəbər verir ki, paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət aparmaları və yersiz təkliflər etmələri barədə polis orqanlarına müraciətlər daxil olur.

Bu halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri davam etdirilir. Polis əməkdaşları tərəfindən Nəsimi rayonunda həyata keçirilən daha bir profilaktik tədbir zamanı "Chevrolet" markalı 77-YH-457 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünün qeyd edilən əməllərə yol verdiyi müəyyən olunub və o, məsuliyyətə cəlb edilib.  pizza hut

Bir daha diqqətə çatdırırıq ki, vətəndaşlara belə hallarla qarşılaşdıqları zaman dərhal ərazi polis orqanlarına məlumat vermələri tövsiyə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!