Bakıda naməlum şəxs özünü dənizə atdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda naməlum şəxs özünü dənizə atdı

Hadisə

08 Aprel 2022 13:15 541


Bakıda naməlum şəxs özünü dənizə atıb.

Bu barədə Yenisabah.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonu ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 50 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub. Sezar pizza

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, özünü dənizə atan şəxsin adı açıqlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!