Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib - VİDEO

Kriminal

19 May 2025 13:04 401


Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün "Xəzər" markalı, 77-LF-416 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Vüsal Miriyev saxlanılıb. pizza hut

Sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırıldığı aşkar edilib, eləcə də hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı V.Miriyevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Miriyev 20 sutka inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!