Bakıda özünü binadan atan qızı tutmağa çalışan şəxs məmur imiş - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda özünü binadan atan qızı tutmağa çalışan şəxs məmur imiş - Foto

Hadisə

04 May 2022 19:41 495


Dünən Bakıda özünü binadan ataraq intihar edən məktəbli qızı xilas etməyə çalışan şəxsin məmur olması üzə çıxıb.

Yenisabah.az avtosfer.az-a istinadən xəbər verir ki, sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilən 1984-cü il təvəllüdlü Zahid Niyazov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. O, Baş Gömrük Mühafizə Xidməti Əməliyyat şöbəsində işləyir.

Ona ilkin tibbi yardım göstərildikdən sonra ailəsinin təkidi ilə Zahid Niyazov özəl klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. pizza sifarişi

Hazırda xəstənin vəziyyəti sabit-ağır qiymətləndirilir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!